XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 12:38

Prezident İlham Əliyev Qırğızstanın dövlət başçısına başsağlığı verdi

ilham-1

Prezident İlham Əliyev Bişkek baş vermiş təyyarə qəzası ilə əlaqədar Qırğızstan prezidenti Almazbek Atambayevə başsağlığı verib:

“Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.