Səudiyyə Ərəbistanının Fars körfəzi işləri üzrə naziri Tamer Sübhan İraq Kürdüstanında təmsil etdiyi ölkənin konsulluğunun qapadılması tələbinə münasibət bildirib.
Strateq.az SPA-ya istinadla xəbər verir ki, nazir “Twitter”də bu sözləri paylaşıb: “İran hərbi cinayətkar olan şəxsi İraqa səfir təyin etmək və Ərbildə Səudiyyə Ərəbistanı konsulluğunu qapatmağı tələb edir”.
Xatırladaq ki, T.Sübhan “hərbi cinayətkar” dedikdə son günlərdə rəsmi Tehranın İraqa təyin etmək istədiyi “əl-Qüds” inqilabi qvardiyası komandanının baş müşaviri, general İrəc Məscədini nəzərdə tutub.
Ə.Rzazadə