XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 01:57

İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – FOTO

foto

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 Əbu Muhammed Xorasani kod adlı terrorçunun əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.   (APA)