XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 11:24

Mövqelərimiz “Şmel” reaktiv odsaçandan atəşə tutulub- Müdafiə Nazirliyi

Ermənistan növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.