XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 11:34

Bankirin həbsi, təhqir və 1 milyonluq tələb –Generalla bağlı daha bir sensasion iddia

mtn-2

Ölkənin Milli Təhlükəsizlik Nazirliyini mütəşəkiil cinayətkarlıq yuvasına çevirən Eldar Mahmudovun dəstə üzvlərindən olan MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun işi üzrə məhkəmə davam edir.

Gununsesi.info-nun əldə etdiyi ittiham aktında Vüsal Ələkbərovun törətdiyi bir neçə cinayətlə bağlı ilginc məqamlar əks olunub.

Onlardan biri iş üzrə zərərçəkmiş kimi tanınan "AQ İnşaat” MMC, "İnşaatçı” MMC, "ABM EV” , "Bərəkət İnşaat-ın təsisçisi olmuş Qurbanov Akif Teymur oğludur.

İttiham aktında görə, Akif Qurbanovun MTN-nin "toruna” düşməsinə səbəb uzun illərdən bəri tanıdığı nazirliyin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevdən yaxın dostu olmuş "Texnikabank”ın sahibi Etibar Əliyevin həbsi ilə maraqlanması olub.

"İttiham Aktı”ndan aydın olur ki, Akif Qurbanovun "Texnikabank” ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevlə yaxın münasibətləri olmuşdur. O, 18.10.2012-ci ildə "Buta Palace”də bir toy mərasimində olarkən 1990-cı illərdən tanıdığı MTN-nin Baş İstintaq İdarəsinin rəisİ, general Mövlam Şıxəliyevlə rastlaşır, ondan dostu Etibar Əliyevin MTN-də aparılan cinayət işi ilə maraqlanır.

Bu zaman Mövlam Şıxəliyev Etibar Əliyevin ünvanına nalayiq söyüşlər işlədəndə Akif Qurbanov ona sərt cavab qaytarır, "Bu sənin vəzifənə, şəxsiyyətinə yaraşmır” deyir.

Bu hadisədən 2 gün sonra MTN-nin Rövşən adlı müstəntiqi Akif Qurbanova zəng edərək onu Mövlam Şıxəliyevin şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırır. A.QurbanoV 21 oktyabr 2012-ci ildə qardaşı Münasib Qurbanovun ofisində olur, oradan dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedir.

Burada olduqca aqressiv qarşılanan Akif Qurbanovu Mövlam Şıxəliyev onun müavini Təhsin Ağayev qarşılayır. Keçmiş dostu olan general Şıxəliyev tərəfindən hədələnən iş adamı həbslə şantaj edilir və ondan külli miqdarda pul tələb olunur. Axşam saatlarına qədər MTN-də saxlanılan iş adamı pulu toplaması üçün sərbəst buraxılır.

Bir neçə gün sonra Dubaya gedən iş adamının "ZAMİNBANK” Xəzər filialının müdiri işləyən oğlu Teymur Qurbanov MTN-nə aparılır. Təcili olaraq 1 milyon manatın çatdırılması, əks təqdirdə uzunmüddətli həbsə gediləcəyi ilə hədələnən iş adamının oğluna qısa zaman vaxt verilir.

Şantajla qarşılaşan Akif Qurbanov özünün və oğlunun taleyini xilas etymək üçün tələb olunan 1 milyonu düzəldir. Həmin pulu 500 min manatını "YAPIKREDİBANK”dan götürür və MTN-nin tələb etdiyi bir milyonu verir.

Akif Qurbanov 2013-cü ilin yanvarında Vüsal Ələkbərova zəng edərək pulu topladığını bildirir, 1 milyon manatı "Briz-L” Klinikasının qarşısında ona verir”.