CNN telekanalı “Airbus” və “Boeing” şirkətlərinin İranla müqavilələrinin ləğvi ilə bağlı ABŞ Konqresinə yeni qanun layihəsinin təqdim edilməsi barədə xəbər yayıb.
Strateq.az xəbər verir ki, layihənin müəllifi Nümayəndələr Palatasının respublikaçı üzvü Peter Ruskamdır. Layihə “xarici terror təşkilatlarına dəstək verən İran”ın yeni sərnişin təyyarələri və ya ABŞ istehsalı olan ehtiyat hissələri almasını qadağan edir.
Xatırladaq ki, ötən həftə “Airbus” 100 reaktiv sərnişin təyyarəsindən ilkini İrana təhvil verib. “Boeing” isə 2018-ci ildən mülki aviasiya sifarişlərini bu ölkəyə çatdırmalıdır.
Ə.Rzazadə