XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 12:40

“İşğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur” –Politoloqdan düşmənin itkilərinə dair şərh

elxan

Erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb.

Deməli, 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir.

Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri döyüş şəraitində öldürülüb.

Strateq.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

Onun sözlərinə görə,  bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb:

"Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir".

Politoloqun sözlərinə görə, əslində, Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı 3-4 dəfə çox itki veriblər:

"Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur".