XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 13:54

PA rəsmisi iki nazirliyi “vurdu”:"Bu addımları ölkə başçısının tapşırığından sonra..."

novruz

“Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın "KVN" komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır”. 

Bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "facebook” şəbəkəsindəki hesabında yazıb.

“Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”, – deyə Novruz Məmmədov bildirib(APA).

Xatırladaq ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı verib.