XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 15:54

Nazir qalmaqal yaradan direktoru işdən çıxardı –Yoxlama materialı prokurorluğa verildi

Mikayıl Cabbarov1

Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb.

Şəmkir rayon Təhsil Şöbəsindən verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq, orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin laborantı Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktoru Akif Namazovu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında X. Əliyevanın seks videosuna görə işdən uzaqlaşdırıldığını bildirib. Bu hadisə ictimaiyyət arasında ciddi rezonansa səbəb olub.

APA