“Hizbullah” Hərəkatı İsrailə məxsus pilotsuz təyyarənin Livan ərazisində qəzaya uğraması barədə məlumat yayıb.
Strateq.az xəbər verir ki, İsrail hərbçiləri bu xəbəri təsdiqləyiblər.
Onlar yanvarın 17-də taktik “Skylark UAV” pilotsuz uçuş obyektinin İsraillə sərhədə yaxın ərazidə Livan ərazisinə endiyini bildiriblər.
Ə.Rzazadə