XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 20:18

Həsən Ruhani:“Saziş Trampın xoşuna gəlmirsə, gəlməsin”

ruhani

Prezident Həsən Ruhani "ABŞ-ın seçilən prezidenti Donald Tramp bunu tələb edir deyə, dünya dövlətləri ilə nüvə razılaşmasını yenidən müzakirə etməyin heç bir şansı olmadığını" bildirib.

Strateq.az xəbər verir ki, yanvarın 17-də mətbuat konfransı keçirən H.Ruhani deyib: “Nüvə razılaşması BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş beynəlxalq sənəddir. Bu çoxtərəfli razılaşmadır və onu yenidən müzakirə etməyin heç bir mənası yoxdur”.

“Nüvə razılaşması ikitərəfli saziş deyil. O, Trampın xoşuna gəlir, ya gəlmir deyə, bu sazişi ləğv edilə bilməz””, – deyə H.Ruhani əlavə edib.

Xatırladaq ki, D.Tramp seçki kampaniyası zamanı tez-tez nüvə sazişini tənqid edib.

Onun dövlət katibliyinə namizədi Reks Tillerson da sazişin yenidən nəzərdə keçirilməsinin vacibliyindən söz açıb. “5+1” formatlı saziş İran, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında imzalanıb.

Avropa Birliyi və Böyük Britaniya rəsmiləri bildiriblər ki, onlar sazişin təkrar razılaşdırılmasına dəstək verməyəcəklər.

Ə.Rzazadə