ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin aviasiyası yanvarın 18-də gecə saatlarında əl-Bab şəhərindəki İŞİD mövqelərinə dörd dəfə zərbə endirib.
Strateq.az xəbər verir ki, koalisiya qüvvələrinin sözçüsü polkovnik Con Dorrian bununla bağlı bildirib:
“Bu aviazərbələr Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin nəticəsidir və biz həmin hədəfləri məhv etmək üçün qarşılıqlı maraqlara imkan pəncərəsi gördük”.
C.Dorrian aviazərbələrin davam etdiriləcəyini qeyd edib.
Xatırladaq ki, Türkiyə avqust ayından etibarən Suriyada İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatı keçirir. İndiyədək koalisiya qüvvələri ona yalnız nəzarət və kəşfiyyat dəstəyi verib.
Ə.Rzazadə