Suriyanın rəsmi qəzeti “əl-Vatan”ın məlumatına görə, yanvarın 23-də Astanada keçiriləcək danışıqlarda Suriya hökumətini BMT-dəki daimi nümayəndə Bəşər Cəfəri təmsil edəcək.
Strateq.az xəbər verir ki, rəsmi Dəməşqin nümayəndə heyətinə qatılacaq şəxslər arasında hərbçilər və hüquqşünaslar da olacaq.
“Al-Arabia”ın məlumatına görə, Astanada müxalif qrupların başçısı Səudiyyə Ərəbistanının himayəsi altında olan “Ceyşül-İslam” təşkilatının siyasi qanadının başçısı Məhəmməd Aloş olacaq.
Ə.Rzazadə