XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 12:14

“Milliyet”:“Terrorçu Türkiyəyə gəlməzdən öncə İranda həbs edilib”

terrorcu-uygur-turkiye

Yeni il ərəfəsi İstanbulun “Reina” gecə klubunda qətliam törədən Əbdülkadir Maşaripov Türkiyəyə gəlməzdən əvvəl İranda həbs olunub.

Strateq.az xəbər verir ki, bu məlumat Türkiyənin gündəlik “Milliyet” qəzetində dərc edilib.

Nəşrin yazdığına əsasən, İrandan qaça bilmiş Ə.Maşaripov Ağrıdan Türkiyəyə daxil olub.

Türkiyə və İran KİV-ləri terrorçunun İranda niyə həbs edildiyinə dair heç bir məlumat verməyib, onun həbsdən necə xilas olduğu da müəmmalıdır.

Xatırladaq ki, Ə.Maşaripov İŞİD-lə əməkdaşlıq etməsini və Əfqanıstanda hərbi təlim aldığını etiraf edib. Terrorçu xanımı və uşaqları ilə bir müddət Konyada qaldıqdan sonra dekabrın 16-da İstanbula gəlib.

Ə.Rzazadə