Yanvarın 18-də İsrail baş nazirinin oğlu Yair Netanyahu, “Hayom” nəşrinin baş redaktoru Amosa Reqeva və “Yediot Axronot” qəzetinin naşiri Arnon Mozes istintaqda ifadə verməyə çağırılıblar.
Strateq.az “Jerusalem Post”a istinadla xəbər verir ki, Yair Netanyahu korrupsiya ilə bağlı cinayət işində şübhəli hesab olunmasa da, polis onu avstraliyalı milyarder Ceyms Peykerin səxavətindən istifadə etdiyini güman edir.
İstintaq hesab edir ki, biznes-maqnat baş nazirin oğluna Meray Kerinin konsertinə pulsuz bilet verib, habelə onun otel xərcini ödəyib.
Ə.Rzazadə