XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 12:51

Qafqaz Universitetindən bəyanat:"Universitet təsisçinin qərarı ilə ləğv edilib"

qafqaz

Qafqaz Universiteti bu gün yayılan bağlanma xəbəri ilə bağlı bəyanat yayıb.

Universitetin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə,  Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib:

"Təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib. Qafqaz Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.

Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.

Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur. Ləğv edilən Qafqaz Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır və etibar edilməməlidir".