XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 12:59

Rabitə işi:"Şirkətlər nazirliyin rəhbərliyinə qohum olan şəxslərin idi"

rabite-1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə şahidlər ifadə verib.

 Faiq Hümbətov Şamaxı telefon qovşağının rəisi vəzifəsində işlədiyini deyib.

O bildirib ki, tenderlərdə qalib gələn şirkətlər nazirliyin rəhbərliyinə qohum olan şəxslərin şirkətləri idi: "2014-cü ildə qoşağın hesabına 42 min manat pul köçürülmüşdü və bu puldan mənə 3000 manat çatmışdı. Bəzən tenderlərdə qalib gələn şirkətlərin görməli olduğu müəyyən işləri biz yerinə yetirirdik. Bunu kömək məqsədi ilə yerinə yetirirdik".

Yaqub Cəfərov ifadəsində bildirib ki, "Aztelekom” MMC-də Təchizat Şöbəsinin rəisi işləyib.

Onun sözlərinə görə, qovşaqlar üçün kabel və avadanlıqlar nazirlik tərəfindən göndərilirdi: "Hər bir qovşaq özü tender keçirirdi".

Səbuhi Hüseynov ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib.

Prokurorun suallarını cavablandıran şahid qeyd edib ki, qovşağa ayrılan pullardan "Aztelekom" MMC-nin hesabına ödəmələr olmayıb.

Şahidin məhkəmədəki ifadəsi ibtidai istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil edib. Prokuror onun ifadəsini elan edib. Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirilib ki, "Aztelekom"un hesabına ayda 5 min manat pul ödənilirdi. "Bu, abunəçilərdən yığılan pullar idi".

"Aztelekom” MMC-nin sabiq baş direktoru, təqsirləndirilən Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alınmasını təsdiq edib.

O qeyd edib ki, bu, kredit pulları idi:

"Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay pul ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərmişdi".

Digər şahid Hafiz Qurbanov deyib ki, Goranboy rayon telefon qovşağının rəisi vəzifəsində işləyir. O, ibtidai istintaqa ifadəsini təsdiq edib.

Sonra məhkəmə kollegiyası digər şahidlərin məcburi gətirilməsi haqqında qərar verib.

Proses yanvarın 25-də davam etdiriləcək.

APA