XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 15:48

Əli İnsanovun 17 minlik borcu silindi –FOTO

insan

Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş şəxslərin siyahısını açıqlayıb.

Strateq.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, vergi borcu silinənlər içərisində eks səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanaov da var. 

Beləki Əli İnsanovun on yeddi min iki yüz qırx yeddi manatan səksən dörd qəpik (17.247.84) vergi borcu silinib.

Qeyd edək ki, vergi borclarının silinməsi ilə bağlı amnistiyadan yararlanmaq üçün maliyyə sanksiyası üzrə borc məbləğini 143490 büdcə təsnifatı kodu üzrə ödəmək xahiş olunur.  Vergilər Nazirliyinin yaydığı məlumata görə, 2017-ci ilin 1 yanvar tarixinə bəzi hüquqi və fiziki şəxslərin borcları silinib.