XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 21:59

Barak Obamaya son məktub terrorçudan gəlib –Məktubun məğzi + FOTO

xalid-terrorcu-obama

ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi son gün ərəfəsində bir məktub alıb.

Strateq.az xəbər verir ki, məktubun müəllifi 11 sentyabr terror aktına görə Quantanamoda həbs cəzası çəkən Xalid Şeyx Məhəmməddir.

“Miami Herald” nəşrinin iddiasına görə, məktub 2014-cü ildə yazılıb. Lakin Quantanamo rəsmiləri onun poçtla göndərilməsinə uzun müddət izn verməyiblər.

Ölüm cəzasına məhkum edilmiş Xalid Şeyx Məhəmməd prezident Obamaya ünvanlanan namədə Qərbin və ABŞ-ın müsəlmanlara verdiyi zülm, həmçinin ABŞ-ın sanksiyaları dövründə İraqda yaşanan hadisələr, Fələstin və Qəzzada baş verənləri qələmə alıb.

Pentaqonun müharibə cinayətləri üzrə baş prokuroru general Mark Martins məktubun təbliğat xarakterli olduğunu əsas gətirərək onun çatdırılması əleyhinə olub.

Ə.Rzazadə