XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 12:59

Şahzadənin fırıldağı kralın müdaxiləsi ilə ifşa olundu –4 milyon kv.metrlik ərazi qalmaqalı

kral-salman

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud xanədanı şahzadələrindən birinin qanunsuz şəkildə dörd milyon kvadrat metrlik torpaq sahəsini əldə etmək cəhdinin qarşısını alıb.

Strateq.az xəbər verir ki, bu barədə “Okaz” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı kral ailəsinin şahzadəsinin adı açıqlanmır.

“Okaz”ın məlumatına görə, şahzadə mülkiyyətin ona məxsusluğunu sübut edən heç bir sənəd göstərə bilməyib.

Taif ərazisindəki torpaq sahəsinin hüquqi sahibinin hökumət olduğu aşkar edildikdən sonra kral məsələyə müdaxilə edərək qanunsuz sövdənin qarşısını alıb.

Ə.Rzazadə