XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2015 - 12:34

“Bu “qara iş”i yeni sədr deyil, Elman Rüstəmov davam etdirəcək”

elman-ruste.jpg

“Manatın devalvasiyası dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır və hər ikisi bizdən asılı olmayan amillərdir”.
Strateq.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov deyib. O, manatın devalvasiyasının yaxın müddətdə davam edəcəyi barədə ehtimalları da dəyərləndirib:
“Bu suala indi heç kəs dəqiq cavab verə bilməz. çünki burada iki mühüm amil var: neftin qiyməti və valyuta ehtiyatlarının həcmi və keyfiyyəti. Hər ikisi də hazırda əsasən bizdən asılı olmayan amillərdir. Onlar dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır. Birmənalı olaraq yalnız onu demək olar ki, manatın bahalaşması perspektivi çox aşağıdır. Elə buna görə də indi əhali ehtiyatlarını əsasən xarici valyutada saxlayır və bu tendensiya getdikcə güclənir. çünki manatın inhisarçı satıcısı olan Mərkəzi Bank onun dəyərini qorumaq üçün heç bir əməli addım atmır. Müasir valyutalar təminatsızdır. Adi kağızdır. Onlar yalnız etibara söykənir. Etibarı isə qazanmaq lazımdır. Hələlik Mərkəzi Bank bu etibarı qazanmaq üçün heç nə etmir. Əksinə, dollarlaşma prosesini gücləndirir, ölkədən valyuta axınının qarşısını almır, qərarlarını izah etmir, başqa sözlə, buraxdığı malı, manatı reklam etmir və sair. Buna görə də manata və bütövlükdə bank sisteminə etimad günü-gündən azalır”.
Əkrəm Həsənov manatın gələcəyini Mərkəzi Bankın sədri Elman Rüstəmovun karyerası ilə də əlaqələndirib. Deyib ki, Elman Rüstəmovun növbəti 5 illik müddətə sədr təyin olunacağı təqdirdə, bu, devalvasiyanın davam edəcəyi anlamında olacaq:
“ümumiyyətlə, bu təyinat bank sisteminin göründüyündən də acınacaqlı vəziyyətdə olduğundan xəbər verə bilər. çünki milli bank sistemi və milli valyuta üçün etibarı tam itirmiş və nüfuzsuz Mərkəzi Bank sədrindən pis heç nə ola bilməz. Belə şəxs qalırsa, deməli: vəziyyət o qədər gərgin və pisdir ki, onun indi dəyişdirilməsi mümkün deyil. Yeni rəhbər işdən baş çıxaranadək vəziyyət kəskin dəyişə bilər. Devalvasiya və digər qeyri-populyar tədbirlər təhlükəsi realdır və bu “qara” işi təbii ki, yeni sədr deyil, Elman Rüstəmov davam etdirməlidir. Lakin bu halda da iki risk var: Əhali olan-qalan manat ehtiyatını da dollara çevirə bilər. Əhali banklardan olan-qalan əmanətlərini də geri götürə bilər. Bank sistemi piramidadır. Etibar itdikcə, piramida dağılmağa başlayır. Buna görə də etimadı bərpa etmək olduqca vacibdir”.