XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 16:43

Rəsmi Ankara təsdiqlədi:"Hülusi Akar israilli həmkarı ilə görüşüb"

akar

Rəsmi Ankara Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Hülusi Akarın NATO hərbi liderlərinin görüşü çərçivəsində İsrail Baş Qərargahının rəis müavini, general-mayor Yair Qolanla görüşdüyü təsdiqləyib.

Strateq.az xəbər verir ki, yüksək səviyyəli hərbi görüş yanvarın 17-də Brüsseldə baş tutub.

Həmin gün NATO qərargahında İsrail missiyasının açılışı olub.

Xatırladaq ki, Türkiyə və İsrail arasında diplomatik münasibətlər 2010-cu ildə pozulub. Ötən ilin yayında bu münasibətlərin bərpasından sonra, dekabr ayında İsrail Eitan Naehi Türkiyəyə səfir göndərib. Kamal Ökəm isə Türkiyənin İsraildəki elçisi təyin olunub.

İki ölkə arasında iqtisadi, mədəni və təhlükəsizlik əlaqələrin möhkəmləndirilməsi müzakirə etmək üçün artır yanvar ayının sonunda İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin Ankaraya səfər planlaşdırılır. Y.Rotem Türkiyə xarici işlər naziri M.Çavuşoğlu ilə görüşəcək.

Ə.Rzazadə