XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 17:55

Nazirlik, komitə, agentlik və AMEA-da rəsmi –Yoxlama

hesablama-palatasi

Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyətinə, dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və onun struktur vahidlərinə (seçmə üsulla) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri üzrə təqdimatın icra vəziyyəti barədə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.