XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 18:04

Konqresmenlər gizlicə Hələbdə olub –Suriyanın rəsmi nəşrindən məlumat

tulsi-tramp

ABŞ Konqresinin bir qrup hazırkı və sabiq üzvü Suriyanın Hələb şəhərini gizlicə ziyarət ediblər.

Strateq.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi nəşri olan “əl-Vatan” qəzeti məlumat verib.

Təhlükəsizlik səbəbi ilə gizli saxlanılan səfər yanvarın 18-də baş tutub. Dəməşq beynəlxalq hava limanında təyyarədən enən nümayəndə heyəti oradan birbaşa Hələb hava limanına yollanıb.

Konqresmenlər Hələb qalası, şəhər kilsəsi, Hələbin şərqindəki bölgələri gəzərək, bölgə sakinlərinin vəziyyəti haqqında məlumat alıblar. Qonaqları daha çox bölgənin xristian əhalisinin durumu maraqlandırıb.

Dəməşqdəki “Şeraton” otelində bir gecə qaldıqdan sonra ABŞ-lı qonaqlar geri dönüblər.

Nümayəndə heyətinin rəhbəri, Konqres üzvü Tulsi Qabbard ABŞ-ın yeni prezidenti Donald Trampa yaxındır və seçkilərdən sonra onunla görüşüb.

Ə.Rzazadə