XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 18:52

Mərkəzi Bank banklara məktub göndərdi –Gündəlik nağd pul dövriyyəsi nəzarətə götürüldü

manat

Mərkəzi Bank dövriyyədəki nağd pulu günlük nəzarətə götürdü.

Artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.

Mərkəzi Bank bununla bağlı  kommersiya banklarına məktub göndərib.

Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Mərkəzi Bank gələn həftəninin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq.

Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.

Fins.az