“Altı İran vətəndaşı Kopenhagendəki İran səfirliyinin hasarını aşdıqdan sonra binaya İran rejimi əleyhinə etiraz şüarlarını asıblar və bu əməllərinə görə saxlanılıblar”.
Bunu Danimarka paytaxtının baş komissarı Henrik Ştromer deyib.
Strateq.az xəbər verir ki, Kopenhagen polisi rəhbərinin sözlərinə görə, etirazçılar səfirliyin önündəki İran bayrağını da aşağı endiriblər.
Yanvarın 19-da saxlanılan şəxslərin dördü İsveçdə sığınacaq axtarışında olanlardır, digər iki nəfərin isə İsveçdə yaşayış izni var. Onların hamısı törətdiyi əməldən başqa, həm də sərhədi qanunsuz keçməkdə ittiham edilirlər.
İranın IRNA dövlət xəbər agentliyi Danimarka səfiri Kristian Yensen Xarici İşlər Nazirliyinə çağırıldığına dair məlumat yayıb.
Danimarkada İran səfirliyinin zəif təhlükəsizliyi ilə bağlı elçiyə etiraz bildirilib.
Ə.Rzazadə