XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2017 - 15:13

Şəhidlər Xiyabanında izdiham –20 yanvar şəhidləri anılır (FOTOLAR)

sehidler-izdiham

Bu gün keçmiş SSRİ hərbi birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri qətliamın 27-ci ildönümüdür. Qanlı 20 yanvar faciəsi hər il Azərbaycanda ümummilli hüzn kimi qeyd edilir.

Bununla əlaqədar hökumət və dövlət nümayəndələri, siyasi partiyalar, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.

Ziyarətçilər Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru hərəkət edirlər. Bu günlə əlaqədar olaraq Bakı Polis Qarnizonu da gücləndirilmiş rejimdə çalışır. Hazırda da ziyarət davam edir.

Strateq.az Musavat.com-a istinadən izdihamdan fotollar da təqdim edir: