XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 16:36

Dayısı Ayətullah Xamneini tənqid edən açıq məktub yazdı –Təfərrüat

xamneyi

İranın ali lideri Ayətullah Əli Xamneinin dayısı Hüseyn Mirdamadi ona açıq məktub vasitəsilə xəbərdarlıq ünvanlayıb.

Məktubda İranda ictimai-siyasi sabitliyin təhlükəli duruma çatdığı bildirilir və Xamneidən siyasətini dəyişmək istənilir.

Strateq.az xəbər verir ki, "Kalima" saytında dərc olunan məktubunda İranın “yaşıl müxalifəti”nə yaxın olan H.Mirdamadi Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və onun xanımı Zəhra Rəhnəvərd kimi şəxslərin tənqidlərini xatırladır.

Mirdamadi məktubda yazır ki, dəyişikliklər etmək üçün hələ vaxt və ümid var. O, ölkədə sevgi, sülh və ləyaqətin bərqərar edilməsini tələb edir.

Müəllifin xüsusi tələblərindən biri də 2009-cu il etirazlarından sonra ev dustağı olan Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və Zəhra Rəhnəvərdə qarşı təqiblərin dayandırılmasıdır.

O, həmçinin Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasiminə qatılmaq istəyən İranın sabiq prezidenti Məhəmməd Xatəminin qarşısını almaq barədə Ayətullah Xamneinin qərarını tənqid edir.

Ə. Rzazadə

Strateq.az