XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 17:11

Sorosdan ABŞ, İngiltərə, Aİ, Çin və iqtisadiyyat haqda bədbin –Proqnozlar

soros

"Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçki öncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan "ralli" sona çatır". 

"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, bunu məşhur milyarder-investor Corc Soros (George Soros) Davos Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" telekanalına müsahibəsində verib. 

Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.

"Soros Fund Management" investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: 

"Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq".

Report