"Biz Minsk razılaşması tam yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin əleyhinəyik".
Bunu Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon jurnalistlərə açıqlamasında söyləyib.
O, Londonun Ukraynanın ərazi bütövlüyünün tam təmin edilməsini tələb etdiyini bildirib.
Qeyd edək ki, Britaniya Avropada Rusiyanın əsas əleyhdarlarından sayılır. Rəsmi London Moskvanın istənilən vasitə ilə sanksiyalar altında saxlanılmasına çalışır.
Axar.az