XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 11:33

Azərbaycan Beynəlxalq Bankı dollarla əmanət qəbuluşərtlərini dəyişib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) 6 yanvar 2017-ci il tarixli qərarı ilə ABŞ dollarında 1 ildən artıq müddətə (18-120 aylıq) əmanət qəbulu dayandırılıb.

Məlumata görə, indiyə qədər Amerika valyutası ilə bağlanmış orta və uzunmüddətli əmanət müqavilələrinin müddəti bitdikdən sonra onlar avtomatik olaraq eyni şərtlərlə uzadılmayacaq. Müştərinin istəyi ilə müqavilənin müddəti yalnız 1 il artırıla bilər.

Yeri gəlmişən, ABB dollarla 1 il müddətinə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 1% artırıb. Hazırda Bank faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq dollar əmanətlərinə illik 3-3,25% divident ödəyir. İndiyə qədər bu göstərici 2-2,25% olub.

Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 28,18%-i “Aqrarkredit” QSC – bank olmayan kredit təşkilatına (BOKT), 16,86%-i isə 12 qeyri-dövlət müəssisəsi və 1 761 fiziki şəxsə məxsusdur(report).