XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 12:30

İlham Əliyev İran prezidentinəbaşsağlığı verdi

ilham-1

Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".