XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 18:31

MKİ Azərbaycandakı nüvə silahı və SSRİ-nin dağılması haqda –SƏNƏDLƏR

uilyam

Xəbər verdiyimiz kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində o vaxtkı sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var.

CIA-RDP99-01448R000401660042-6 nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində "The Washington Times" qəzetində SSRİ-də nüvə silahının vəziyyət haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.

Məqalədə deyilir ki, Uilyam Uebster Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib. "Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır… Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər”,– deyə məqalədə MKİ direktorundan sitat gətirilir.

Uebsterin sözlərini əsaslandırmaq üçün məqalə maraqlı fakta istinad edir. Vurğulanır ki, 1990-cı ilin fevralında Sovet qoşunları Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılmışdı. O anbar ki, Amerika rəsmi şəxslərinin sözlərinə görə, silahlı üsyançılar tərəfindən tutulmuşdu.

sənəd

Məqalə müəllifi, yenə Amerikanın rəsmi şəxslərinə istinadən, əlavə edib ki, insidentin nəticəsi olaraq Sovet İttifaqı nüvə silahını Orta Asiya və Baltikyanı respublikaların qeyri-stabil rayonlarından çıxararaq daha təhlükəsiz regionlara köçürüb.

Məqalədə həmçinin deyilir ki, MKİ direktoru jurnalistlərin “SSRİ yaxın bir neçə ildə dağıla bilərmi” sualına cavabında bildirib: "Bu hadisə bu və ya digər formada artıq bu ilin sonunda baş verə bilər".

Xatırladaq ki, məqalə 1991-ci ilin mayında dərc edilmişdi. SSRİ isə həmin ilin dekabrında artıq mövcudluğunu dayandırdı.

Başqa sözlə, SSRİ-nin dağılması Amerika rəhbərliyi üçün o qədər də gözlənilməz olmadı.

Virtualaz.org