Rusiyanın Xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılan LİDER TV-nin Rusiya müxbiri Anar Həsənov açıqlama verib.
Strateq.az xəbər verir ki, jurnalist AzadlıqRadiosuna işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib: "Bəli, mən artıq "Lider” telekanalında işləmirəm. Başqa heç bir açıqlama vermək istəmirəm".
Qeyd edək ki, A. Həsənov bu suala görə işdən çıxarılıb: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”.
Lavrovun cavabı isə belə olub: "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.