XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 10:43

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindənövbəti monitorinq keçiriləcək

ATƏT

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle və Gennadi Petrika keçirəcəklər.