“CNN” Rusiyada prezident Donald Trampın şərəfinə 1 kq sikkə zərb edildiyi barədə məlumat yayıb.
Strateq.az xəbər verir ki, sikkələr 10 min $ qiymətində satılıb.
Gümüş pulun üzərində Amerika bayrağı fonunda Trampın şəkli və “Donald Con Tramp, Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti” sözləri həkk edilib.
Pulun arxa tərəfində Azadlıq Heykəli, “Biz Trampa We Trust (“İnanırıq”) və “Amerika Birləşmiş Ştatları” sözləri oxunur. 45 sikkənin 25-i tam gümüş, 15-i gümüş və qızıl qarışıqlı və 5-i qızıldan zərb edilib.
M.Rzasoy