XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 18:42

Əslən Azərbaycandan olan deputat AŞPA-nın vitse-prezidenti seçildi –Açıqlama

georgi-ukrayna-deputat

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.

O,  AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: "O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir. 

APA