Üç Çin gəmisi, o cümlədən raketli esmines Qətərin paytaxtı Dohadan sonra yanvarın 23-də Səudiyyə Ərəbistanının Ciddə liman şəhərinə gəlib.
Strateq.az xəbər verir ki, Çinin hərbi dəniz donanması beynəlxalq antiterror əməliyyatları çərçivəsində Yəmən və Somali sahillərində müntəzəm keşik çəkir.
Lakin indi, 2014-cü ildə ilk dəfə İrana səfər etdikdən sonra Çin hərbi gəmilərinin körfəz sularına girməsini analitiklər ABŞ prezidenti Donald Trampın bu ölkə ilə bağlı sərt bəyanatlarına cavab hesab edirlər.
Ekspertlərin fikrincə, rəsmi Pekin qlobal səhnədə böyük rol oynamaq arzusunun artıq ilk siqnallarını verir.