İsrailin nüvə sirlərini aşkarlığa çıxardığı üçün 18 illik həbs cəzasına məhkum edilmiş Mordexay Vanunu azadlığa çıxıb.
Strateq.az xəbər verir ki, Qüds məhkəməsi bu barədə yanvarın 10-da hökm çıxarıb, lakin sənəd yalnız dünən axşam açıqlanıb.
M.Vanunu daha iki ittiham üzrə məhkəmədə bəraət alıb.
Xatırladaq ki, M.Vanunu Dimondakı İsrail nüvə mərkəzinin bir çox məxfi məlumatlarına aşkarlıq verib. İngiltərənin “Sunday Times” qəzetinə müsahibəsində o, İsrailin 200 atom başlığına malik olduğunu bəyan edib.