XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 13:06

Daxili Qoşunların statusu ilə bağlı yeni qanun qəbul olunacaq –Açıqlama

polis

“Hərbi qulluqçuların statusu haqqında” və “Daxili Qoşunların statusu haqqında” qanun layihələri yenidən hazırlanıb və Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib.

Hər iki qanun layihəsi ilə bağlı müvafiq qurumların rəyi alınıb və parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması nəzərdə tutulub.

MM Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc APA-ya bildirib ki, “Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi mövcud qanundan fərqli olaraq 6 fəsil, 39 maddədən ibarətdir: “Daxili Qoşunlarla bağlı status yenidən hazırlanıb, yeni müddəalar var. Hansı hallarda hansı silahdan istifadə edilməsi, kimə qarşı istifadə edilməməsi və s. məsələlər sənəddə yer alıb”.