XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 15:50

Azərbaycanlı oliqarx:“Trampla görüşsəm, o dəqiqə qəzetlər tozanaq qoparacaq…”

 araz-tramp

ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində “yeni ittifaqlar” quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibtləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.

Virtualaz.org xəbər verir ki, bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada “Dünya gözəli” müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində danışıb.

“Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər…

Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər”-Araz Ağalarov deyib.

Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil: “Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik”.

 Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.

İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür. 

“İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm, fikrimcə, etiraz etməz.

Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi “bunu təsdiqləyərək” mən haradasa onunla birgə peyda oluram…Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək”-azərbaycanlı oliqarx bildirib.

Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər: “Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır”.