XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 19:34

DİN-də dəyişiklik –Nazir Ramil Usubov Sadiq Gözəlovla Şərif Əsədullayevi təqaüdə göndərdi

ramil

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. 

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. 

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

DİN-in mətbuat xidmətindən APA-ya S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər. 

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. 

Qeyd edək ki, bu barədə ilk məlumatı "Haqqın.az" saytı yayıb. 

APA