XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2017 - 21:52

Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupu yaradır –Suriya ilə bağlı

astana-gorusu

Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.

Bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

“Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, – deyə, o, jurnalistlərə bildirib.

Lavrentyevin sözlərinə görə, “zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.   

“Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, – deyə Lavrentyev  qeyd edib. 

APA