XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 18:26

Nazir 6 regional idarəyə yeni rəislər təyin etdi –SİYAHI

ebulfez qara

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatları həyata keçirilib.

Bu barədə Strateq.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Onu da qeyd edək ki, Vüqar Zeynalov bu günədək Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini icra edirdi. 

Strateq.az