Meksikanın prezidenti Enrike Pena Nieto sərhəd divarı hörməklə bağlı Donald Trampın qərarını qınayıb. Lakin o, ABŞ prezidenti ilə qarşıdakı görüş ləğvi barədə düşünmədiyini bildirib.
Strateq.az xəbər verir ki, Meksika müxalifətinin liderləri dövlət başçısını ABŞ-a səfərini ləğv etməyə çağırıblar. Bununla belə, Pena Nieto bu həftə ABŞ-ın paytaxtına yüksək səviyyəli Meksika nümayəndə heyəti ilə getmək niyyətindədir. “Meksika divarlara inanmır. Meksika hər hansı bir divarın xərcini ödəməyəcək", – Pena Nieto deyib.
Pena Nieto meksikalı miqrantların hüquqlarının müdafiəsi ilə bağlı ABŞ-dakı 50 konsulluğa lazımi göstəriş verildiyini bildirib.