ABŞ Konqresinin 35 yaşlı demokrat üzvü Tulsu Qabbard CNN-ə açıqlamasında bu ilin əvvəlində Suriyaya gizli səfərini təsdiqləyib.
Xatırladaq ki, Strateq.az İran KİV-lərinə istinadla bu barədə məlumat yaymışdı.
T.Qabbard digər iki konqresmenlə birgə Hələbdə olduğunu, səngərin hər iki tərəfində döyüşmüş Suriyanın rəsmi qüvvələri və silahlı müxalifət təmsilçiləri, habelə yerli icma nümayəndələri ilə görüşdüyünü etiraf edib.
Konqresmen prezident Bəşər Əsədlə dialoqunu da inkar etməyib. "Əsədlə görüşmək niyyəti əvvəldən yox idi. Lakin belə bir imkan yarandığından fürsətdən istifadə etdim. Onunla görüşü vacib saydım. Suriya xalqına böyük əzablar yaşatmış bu müharibəyə son qoymaq üçün istənilən şəxslə görüşməyə hazır olmalıyıq", – deyə T.Qabbar mövqeyini izah edib.