XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 19:11

Açıq Hökumət Platforması: “Xarici donorların qrantlar verməsinin asanlaşdırılması QHT-lər üçün yeni imkanlar yaradır"

nuriyev-profil

“Nazirlər Kabinetinin “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilməsi ilə bağlı bugünkü qərarını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrasının pozitiv xarakterli davamı kimi qiymətləndiririk”.

Bu barədə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevin Strateq.az-a daxil olan açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, bu qərarla “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda edilən dəyişikliklər xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunu xeyli sadələşdirib:  

“Bu sırada Qaydada edilmiş aşağıdakı dəyişikliklər xüsusilə əhəmiyyətlidir:

–  “qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz" qadağasının aradan qaldırılması;

 – xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlərin təqdim edilməsi (layihə, proqram, smeta xərcləri) tələbinin ləğvi:

– xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surətinin, xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamənin təqdim edilməsi,  habelə xarici dildə tərtib olunmuş sənədlərin tərcüməsinin notariat qaydasında təsdiq edilməsi tələblərinin ləğvi;

– qrant vermək hüququnun əldə edilməsinə dair müraciətə baxılması müddətinin 2 dəfəyədək azaldılması və müraciətə baxılmasında operativliyin artırılması;

– qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsas kimi yalnız  qrantın verilməsi məqsədi və maliyyə-iqtisadi əsaslandırılmasının qeyri-dəqiq göstərilməsinin götürülməsi”.

Açıqlamda vurğulanır ki, bundan əvvəl “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasına” dəyişikliklərdə olduğu kimi, Nazirlər Kabinetinin bugünkü qərarında da Açıq Hökumət Tərəfdaşlığı Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Palatformasının müvafiq dövlət orqanlarına təqdim etdiyi təkliflər nəzərə alınıb: “Bu, bir daha vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığının nümunəsi kimi qiymələndirilməlidir. Xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunun sadələşdirilməsi isə Azərbaycan QHT-lərinin fəaliyyətini, beynəlxalq əlaqələrini daha da genişləndirməyə, ümumilikdə vətəndaş cəmiyyətinin potensialını artırmağa  yeni imkanlar yaradır”.