XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2017 - 11:57

Prezident baş katiblə naziri qəbul edib –Müzakirə + FOTOLAR

ilham-gomruk

Azərbaycan prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

Görüşdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb.

Prezident lham Əliyev, bu gün Ukraynanın sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib.

Strateq.az xəbər verir ki, Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib.

O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğularaq, ölkəmizin bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını bildirib. Andrey Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanda sosial təminat sahəsində işlərin uğurla davam etdirildiyini vurğulayıb.

Dövlət başçısı ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını deyib.

Sosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirib.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.