XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 18:11

Prezident komitə sədri ilə deputatın qardaşına ali rütbə verdi –Sərəncam

Aydın Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Komitə sədri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Salayev Baba Hacı-Baba oğlu və Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseynov İsmayıl Xəlil oğlu isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. 

Onu da qeyd edək ki, Baba Salayev deputat Hacı-Baba Salayevin qardaşıdır.

Strateq.az