XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 19:05

“Dolların 2.50 manat olmasını proqnozlaşdırmıram” –Elman Rüstəmov

elman-rustem-1

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

 Elman Rüstəmov unikal.org-a açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: 

"Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.